Dünya

Avropa və ABŞ-də təbii qaz KƏSKİN BAHALAŞIB  

avropa-ve-abs-de-tebii-qaz-keskin-bahalasibnbspnbsp-1745440755

03 Aprel, 2025 / 17:18

Bu ilin yanvar-mart aylarında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 27,9 kubmetr) 14,41 ABŞ dolları təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə (8,75 dollar) müqayisədə 64,7% çoxdur.

Parol.az xəbər verir ki, Dünya Bankının hesabatına əsasən, bu ilin mart ayında Avropada qazın orta qiyməti 13,24 dollar səviyyəsində olub, bu da fevral ayının göstəricisi (15,35 dollar) ilə müqayisədə 13,7% azalma deməkdir.

Məlumata görə, yanvar-mart aylarında ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 4,15 dollar təşkil edib, bu da ötən ilin birinci rübünün göstəricisi ilə (2,13 dollar) müqayisədə 94,8% çoxdur. Cari ilin mart ayında ABŞ-da təbii qazın orta qiyməti 4,13 dollar olub, bu da fevral ayının göstəricisi (4,22 dollar) ilə müqayisədə 2,1% azdır.

Bildirilir ki, 2024-cü ildə Avropa və ABŞ-da qazın orta qiyməti müvafiq olaraq 10,96 dollar (16,4% azalma) və 2,19 dollar (13,8% azalma) təşkil edib.

XƏBƏR LENTİ