Dünya

Ağ Ev bir sıra ölkələrə yardımı kəsəcək  

ag-ev-bir-sira-olkelere-yardimi-keseceknbspnbsp-1746039328

10 Aprel, 2025 / 06:45

ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlcə dəstəyi davam etdirəcəyinə söz verdiyi bir neçə ölkə üçün yardım proqramlarını kəsib.

Parol.az xəbər verir ki, bu siyahılara əsasən, ABŞ Əfqanıstan, İordaniya, Yəmən, İraq, Konqo Demokratik Respublikası, Livan, Madaqaskar, Mali, Niger, Nigeriya, Suriya, Somali, Çad və Ekvadorda proqramların maliyyələşdirilməsini dayandıracaq.

Ağ Ev daha sonra Livan, Suriya, Somali, İordaniya, İraq və Ekvadorda Ümumdünya Ərzaq Proqramına (ÜƏP) ödənişləri bərpa etmək qərarına gəlib.

Ümumdünya Ərzaq Proqramı hesab edir ki, Vaşinqtonun yardım göstərməkdən imtina etməsi ən çox 2 milyon insanın, o cümlədən 400 min uşağın ərzaq təminatından asılı olduğu Əfqanıstana təsir edəcək.

Bundan başqa 2,4 milyon insanın humanitar proqramlar vasitəsilə qida aldığı Yəmən əhalisi də əziyyət çəkəcək.

XƏBƏR LENTİ