Dünya

Aİ vətəndaşların həbsinə görə İrana sanksiyalar qəbul edib  

ai-vetendaslarin-hebsine-gore-irana-sanksiyalar-qebul-edibnbspnbsp-1746048303

14 Aprel, 2025 / 11:41

Avropa İttifaqı İranda Aİ vətəndaşlarının qanunsuz saxlanılması ilə əlaqədar olaraq İrana qarşı sanksiyaları genişləndirib.

Parol.az xəbər verir ki, bu barədə “Reuters“ diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ-nin xarici işlər nazirləri 7 iranlı şəxsə və 2 təşkilata qarşı sanksiyalar tətbiq etmək barədə qərar qəbul ediblər.

Sanksiya siyahısında Tehranın Evin həbsxanasının direktoru, bir neçə hakim və digər məhkəmə rəsmiləri yer alıb. Bundan əlavə, Şiraz şəhərinin əsas həbsxanası da sanksiyaya məruz qalan qurumlar sırasındadır.

XƏBƏR LENTİ