Dünya

Xamenei ABŞ-la danışıqlara bədbindir?

xamenei-abs-la-danisiqlara-bedbindir-1746050857

15 Aprel, 2025 / 15:00

Omanda ABŞ-la aparılan müzakirələr İran Xarici İşlər Nazirliyinin (XİN) çoxsaylı diplomatik səylərindən yalnız biridir.

Parol.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranla Vaşinqton arasında aparılan danışıqların ilk mərhələsini şərh edərkən bildirib.

“Omanda ABŞ-la danışıqlar XİN-in çoxsaylı diplomatik səylərindən yalnız biridir. Milli məsələləri bu danışıqlara bağlamayın. Biz nə həddən çox nikbin, nə də bədbinik. Qarşı tərəfə çox şübhə ilə yanaşırıq, lakin öz imkanlarımıza da arxayınıq”, - İranın Ali Rəhbəri qeyd edib.

Xameneinin sözlərinə görə, danışıqlarda hər iki tərəf üçün “qırmızı xət”lər aydındır və bu prosesin nəticə verib-verməyəcəyi hələlik məlum deyil.

XƏBƏR LENTİ