Dünya

Zelenski ABŞ-la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib  

zelenski-abs-la-faydali-qazinti-yataqlarina-dair-danisiqlari-musbet-qiymetlendiribnbspnbsp-1746051100

15 Aprel, 2025 / 18:34

ABŞ-la Ukrayna ərazilərindəki faydalı qazıntı yataqlarının işlənməsi üzrə danışıqlar müsbət məcradadır. Yeni görüşlərin keçirilməsi nəzərdə tutulur.

Parol.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında deyib.

Ukraynanın dövlət başçısı bildirib ki, aprelin 20-dək davam edəcək müzakirələrdən sonra nümayəndə heyətləri razılaşma ilə bağlı təkliflərini təqdim edəcək:

“Bu, əsasən texniki işlərlə məşğul olan heyətlərin görüş idi. Sonrakı mərhələdə müzakirələr həm birbaşa, həm də onlayn formatda davam etdiriləcək”.

O əlavə edib ki, indiyə qədər hər iki tərəf görüşü müsbət başa vurub.

XƏBƏR LENTİ