Dünya

Avropanın anbarlarında qazın həcmi 39 mlrd. kubmetrə çatıb  

avropanin-anbarlarinda-qazin-hecmi-39-mlrd-kubmetre-catibnbspnbsp-1746053227

16 Aprel, 2025 / 12:03

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 36%-ə yaxındır, bu da illik müqayisədə 23 faiz azdır.

Parol.az xəbər verir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 39 mlrd. kubmetr təşkil edir, bu da illik müqayisədə 42% azdır.

Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan 74 mlrd. kubmetrdən artıq qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb və cari ilin martin 28-də bitib.

Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 38,2 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrü üçün ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir. Beləliklə, qarşıdan gələn yeraltı anbar doldurma mövsümündə Avropanın xalis qaz vurulması ən azı 61 mlrd. kubmetr təşkil etməlidir. Bu, bir il əvvəlki qazın xalis vurulmasındam demək olar ki, 50% yüksəkdir və tarixdəki ən yüksək göstəricilərdən biridir.

XƏBƏR LENTİ