Dünya

İsrail Baş Qərargah rəisi Suriyaya hücum planlarını təsdiqləyib  

israil-bas-qerargah-reisi-suriyaya-hucum-planlarini-tesdiqleyibnbspnbsp-1746126640

21 Aprel, 2025 / 02:15

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bu gün nümayəndə heyəti ilə işğal olunmuş Suriya ərazilərində gələcək hücum və müdafiə planlarını təsdiqləyib.

Parol.az xəbər verir ki, bu haqda ordunun Baş Qərargahından verilən açıqlamada bildirilib.

Eyal Zamir ordunun yüksək rütbəli komandirləri ilə bir sıra ərazilərə səhra turuna çıxaraq işğal altındakı Suriya ərazilərindəki vəziyyətlə maraqlanıb.

Açıqlamada bildirilib ki, Zamir bölgədə xidmət edən zabit və əsgərlərlə görüşərək gələcək hücum və müdafiə planlarını təsdiqləyib.

O bölgənin əhəmiyyətini vurğulayaraq əsas mövqeləri tutduqlarını və İsrailin təhlükəsizliyi üçün işğalı davam etdirməsinin vacib olduğunu deyib.

XƏBƏR LENTİ